AZ

Paytaxt sakinləri arasında bayram ab-havası varmı? - SORĞU

Yeni ilin gəlişinə az bir vaxt qalıb. 

Redaktor.az insanların bayram əhval-ruhiyyəsində olub-olmaması barədə paytaxt sakinləri arasında kiçik bir sorğu aparıb və maraqlı cavablar alıb.

Rauf (34 yaş, ofis işçisi): "Düzü, əvvəlki illərlə müqayisədə bu il bayram ab-havasını az hiss edirəm. Qiymətlərin bahalaşması, gündəlik stres adamın sevincini azaldır. Amma yenə də ailə ilə bir araya gəlmək xoşdur".

Aysel (22 yaş, tələbə): "Məndə bayram əhvalı var. Şəhərin işıqlandırılması, vitrinlər, yolkalar insana pozitiv enerji verir. Yeni il mənim üçün yenilənmək deməkdir".

Elçin (41 yaş, sahibkar): "Açığı, işlərin çoxluğu bayramı hiss etməyə imkan vermir. Gün ərzində o qədər məşğul oluruq ki, Yeni ilin gəldiyini ancaq təqvimə baxanda xatırlayırıq".

Sevinc (29 yaş, müəllim): "Bayramı uşaqların sevincində daha çox hiss edirəm. Şagirdlərin həyəcanı, yolka bəzəkləri məni də kökləyir".

Kamran (55 yaş, təqaüdçü): "Əvvəllər Yeni il tamam başqa cür idi. İndi hər şey bahalaşıb, ona görə də əvvəlki şövq yoxdur. Amma ailə süfrəsi yenə də bayramın gözəlliyidir".

Nigar (18 yaş, abituriyent): "Mənim üçün Yeni il bir az streslidir, çünki qəbul imtahanlarına hazırlaşıram. Amma yenə də o gecə hamı ilə birlikdə olmaq xoşdur və motivasiya verir".

Nuriyyə NATİQQIZI

Seçilən
51
1
redaktor.az

2Mənbələr