AZ

Kiberpolisdən əməliyyat: 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxslər saxlanıldı

Bakı.Trend:

1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirənşəxsləri saxlanılıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi KibercinayətkarlıqlaMübarizə Baş İdarəsi (*KMBİ) xarici ölkələrin polis orqanları iləbeynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsindənövbəti əməliyyat həyata keçirib.

Belə ki, xarici ölkələrin birində müxtəlif şəxslərə onlaynkriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdardaziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyatməlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsindəəvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkumolunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgəxarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzindəofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞdollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişməməntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onunhesabına köçürülməsini istəyib. O, 1.000.000 manatdan çox dəyəriolan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həminölkəni tərk edib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərlibarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta iləaparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluqrisklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkarqruplar istər virtual məkanda, istərsə də real müstəvidəkibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələkeçirməyə çalışırlar. Odur ki, xüsusən sosial şəbəkələrdətanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətliolmağınız, habelə “yüksək”, “perspektivli” qazanc vədi verən“kriptolayihələrə” pul yatırmamağınız tövsiyə olunur.

Seçilən
61
48
az.trend.az

10Mənbələr