AZ

Cari ildə RFO üzrə 514 şagird müxtəlif dərəcəli medallara layiq görülüb

Bakı, 25 dekabr, AZƏRTAC

Təhsil İnstitutu 2025-ci ildə keçirilən Respublika Fənn Olimpiadaları (RFO) üzrə 2025-ci ilin statistik göstəricilərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Respublika Fənn Olimpiadalarında 65 bölgə və şəhər üzrə ümumilikdə 90 min 147 şagird qeydiyyatdan keçib.

8 fənn üzrə təşkil edilən olimpiadada ümumilikdə 514 şagird müxtəlif dərəcəli medallara layiq görülüb. Onlardan 95 nəfər qızıl medal, 170 nəfər gümüş medal, 249 nəfər bürünc medal qazanıb.

 

Seçilən
119
azertag.az

1Mənbələr