AZ

ABŞ-də yanğın: 3 azyaşlı uşaq həlak oldu.

ABŞ-nin Kentukki ştatının Cekson dairəsində baş verən faciəvi ev yanğını nəticəsində 3 azyaşlı uşaq həyatını itirib.

AzEdu.az-ın xarici KİV-ə istinadən xəbərə görə, yanğın zamanı uşaqlardan biri 7 aylıq, digərləri isə 2 və 3 yaşlı olub.

Hadisə, gecəyarısına yaxın bir vaxtda baş verib. Yanğın nəticəsində 4 yaşlı uşaq, eləcə də uşaqların valideynləri və nənəsi xəsarət alıb. 4 yaşlı uşaq əvvəlcə Kentukki Universitetinin Albert B. Çandler Xəstəxanasına aparılıb, lakin vəziyyətinin ağır olması səbəbindən Ohayo ştatının Kolumbus şəhərində yerləşən Nationwide Children’s Hospital xəstəxanasına köçürülüb.

McKee Polis İdarəsinin rəisi Zakari Braynt, Milad ərəfəsində baş verən bu faciənin icmada dərin kədər yaratdığını bildirib. Yerli sakinlər isə ailəyə dəstək olmaq məqsədilə yaxın günlərdə yardım kampaniyalarının təşkil olunacağını açıqlayıblar.

Hazırda yanğının başvermə səbəbi ilə bağlı araşdırmalar davam edir. Hadisənin detalları barədə əlavə məlumat veriləcək.

Zeynəb Tehranlı

Seçilən
53
azedu.az

1Mənbələr