AZ

Əcnəbi hücumçu böyük danışdı: "Bütün derbilərin favoriti bizik"

Premyer Liqanın 16-cı turu Qərb derbisi ilə yadda qaldı.

Əzəli rəqiblər – “Kəpəz” və “Turan Tovuz” bu dəfə Yevlax şəhər stadionunda üz-üzə gəldi.

Hər hissədə 1 qol vuran tovuzlular sonda 3 xala sevinən tərəf oldu.

Ümumiyyətlə, son illər “Turan”ın rəqibi üzərində ciddi üstünlüyü var.

Komandalar arasındakı son 10 dueldən yalnız ikisində “Kəpəz” 3 xalı bayram edib.

Digər 8 qarşılaşmada qələbə tovuzluların olub.

Son 3 matçda isə “Turan” daha amansız təsir bağışlayır.

Qapısında qol görməyən kollektiv rəqib qapısından 9 top keçirib.

Belədə nə rəqabət olar, nə də intriqa. Hətta derbinin adiləşdirildiyini də iddia etmək olar.

Sportinfo.az-a açıqlama verən “Turan Tovzuz”un forvardı Joarlem Santos bu fikirləri yaxın buraxmayıb:

“Yox, belə olduğunu düşünmürəm. Son derbi də maraqlı mübarizə şəraitində keçdi.

Sadəcə biz fərqli motivasiya ilə oyuna çıxmışdıq. Bilirdik ki, derbi oyunudur.

Və onu da qeyd edim ki, "Turan Tovuz" bütün derbilərin favoritidir”.

XANOĞLAN

Seçilən
37
sportinfo.az

1Mənbələr