AZ

Pxenyan atom sualtı qayığının inşasını nümayiş etdirib

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az Cənubi Koreyanın Mərkəzi Telegraf agentliyinə (KMTA) istinadəm xəbər verir ki, 8,7 min tonluq su tutumuna malik atom sualtı qayığına baxış keçirən Kim Çen In yeni “gizli sualtı silahlar” üzrə araşdırmalarla tanış olaraq, “ dəniz qüvvələrinin yenidən təşkili və yeni bölmələrin yaradılması üçün strateji planları” açıqlayıb. Kim Çen In lideri Şimali Koreyanın özünümüdafiəsi üçün strateji nüvə hücum sualtı qayığının yaradılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Cənubi Koreyanın ABŞ ilə birgə nüvə sualtı qayığı hazırlamaq planları Koreya yarımadasında “qeyri-sabitliyi daha da gücləndirəcək”. - Biz bunu ölkəmizin dəniz suverenliyini ciddi şəkildə pozan təcavüz aktı və qarşısı alınmalı olan təhlükəsizliyə təhdid kimi qiymətləndiririk”, - Şimali Koreya lideri deyib. Bu baxımdan, Pxenyan “düşmənlərinə anlatmalıdır ki, onun strateji suverenliyinə və təhlükəsizliyinə qəsd etdiklərinə görə mütləq bədəl ödəyəcəklər” və onlar hərbi varianta əl atmağa çalışsalar, amansız cavab tədbirləri görəcəklər. “Biz Hərbi Dəniz qüvvələrini və onun strateji tərkibini davamlı və hərtərəfli gücləndirəcəyik, müxtəlif yerüstü və sualtı gəmilərin inşası sürətini artıracaq, onların miqyasını artıracaq və onları müxtəlif hücum silah sistemləri ilə davamlı şəkildə birləşdirəcəyik”, - Kim Çen In vurğulayıb. Xatırladaq ki, bu ilin mart ayında gəmiqayırma zavoduna baş çəkən Şimali Koreya lideri burada ölkənin ilk nüvə sualtı qayığının yaradılmasının zəruriliyini rəsmən bəyan edib. Bu sualtı qayıq Kim Çen Inın casus peykləri və bərk yanacaqla işləyən qitələrarası ballistik raketlərlə birlikdə inkişaf etdirəcəyi barədə vədinin qabaqcıl silah sistemləri arasındadır. Cənubi Koreyanın “Rönhap” agentliyinin məlumatına görə, hazırda Şimali Koreyanın 150 nüvə başlığı var və 2040-cı ilə qədər bu rəqəm 400-dən çox ola bilər. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
azvision.az

1Mənbələr