AZ

Canavarların hücumuna qarşı bunları etmək lazımdır - XƏBƏRDARLIQ

Son vaxtlar bölgələrdə canavarların kənd sakinlərinə və təsərrüfatlara hücum halları artıb. Bəs bunun arxasında hansı səbəblər dayanır? Bu barədə Ajans.az-a danışan ekoloq Rövşən Abbasov qeyd edib ki, vəhşi heyvanların, canavarların təsərrüfatlara hücumu həmişə olub: "Milli parklar, qoruqlar genişlərin, canavar və digər yırtıcıların qorunması üçün çox ciddi qanunvericilik bazası var. Bunun fonunda onların sayı artır. Onları ovlamaq cinayət məsuliyyəti yaradır. Ona görə də əhali və bələdiyyələr onlara qarşı xüsusi plana malik olmalıdır.

Kəndlərdə canavarların gəldiyi yerlərdə müdafiə qurğuları yerləşdirilməlidir. Bu qurğular səs və işıqlardan ibarət olmalıdır. Canavarlar işığa qarşı çox həssasdır, işıq olan yerlərə gəlmirlər. Həm heyvanları yaxşı yerdə saxlamaq lazımdır, həm də işıqlardan istifadə etmək lazımdır. Bu işıqlar baha deyil. Onlayn marketlərdə satışda olur".

Seçilən
34
Ajans.az

1Mənbələr