“Karvan-Yevlax” klubu futbolçusu Səid İranxanla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.
İranlı oyunçu ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, mövsümün əvvəlində bölgə klubuna keçən Səid İranxan 10 oyunda 1 qolun müəllifi olub.