AZ

Güzgüyə baxmadan manevr edən “Niva” sürücüsü qəza törətdi REAL VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində baş verən yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.

Belə ki, 77-TY-721 dövlət nömrə nişanlı “VAZ-2121” (“Niva”) markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sola manevr edib. Qısa müddət sonra isə yenidən sağ zolağa qayıtmaq istəyən sürücü bu zaman həmin zolaqda hərəkət edən “Hyundai” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Görüntülərdən də aydın olur ki, “Niva”nın sürücüsü zolaq dəyişərkən kifayət qədər diqqətli davranmayıb, arxa görünüş güzgülərindən istifadə etməyib və digər nəqliyyat vasitələrinin mövqeyini düzgün qiymətləndirməyib. Yol Hərəkəti Qaydalarına görə, zolaq dəyişən sürücü manevrin təhlükəsiz olmasına əmin olmalı və digər avtomobillərə maneə yaratmamalıdır. Bu tələblərə əməl edilmədikdə isə qəza qaçılmaz olur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
avtosfer.az

1Mənbələr