Bakı. Trend:
Auditin əlavə dəyəri dövlət maliyyə idarəçiliyində səmərəliliyiartırır.
Bunu Trend-əmüsahibəsində Hesablama Palatasının auditoru Cavid Bayramovdeyib.
O, əvvəlcə media məkanında mütəmadi olaraq səsləndirilən“maliyyə nəzarəti”, “audit”, “dövlət auditi”, “kənar dövlət maliyyənəzarəti”, “maliyyə nazirliyinin və ya vergi orqanının yoxlamaları”və sair bu kimi anlayışlara qısaca aydınlıq gətirib, bunların oxşarvə ya fərqləndirici xüsusiyyətlərindən danışıb: “Bu anlayışlarınfərqləri barədə danışmaqdan öncə bir əsas məsələni vurğulamaqistərdim. Belə ki, biz “maliyyə nəzarəti”nə ayrıca özü-özünütamamlayan bir proses kimi baxmamalıyıq, “maliyyə nəzarəti”maliyyənin idarəedilməsi prosesinin əsas alt sistemlərindənbiridir. Bu yanaşma dövlət maliyyəsinin idarəedilməsində təbii ki,xüsusi aktuallıq kəsb edir.
Maliyyə nəzarəti alt sistemini isə öz növbəsində konseptualolaraq daxili nəzarətə və kənar nəzarətə bölmək olar.
Məsələyə dövlət sektoru kontekstində yanaşaq. Bu halda dövlətdaxili maliyyə nəzarəti icra hakimiyyəti sütununda yer alan vəmandatında maliyyə nəzarəti aparmaq səlahiyyəti olan dövlətorqanlarından (Məsələn, Maliyyə Nazirliyindən, Dövlət VergiXidmətindən və s.) ibarətdir.
Kənar dövlət maliyyə nəzarəti isə icra hakimiyyəti sütunundanasılılığı olmayan, müstəqil fəaliyyət göstərən, parlamentə hesabatverən və bütün maraqlı tərəfləri (yəni mərkəzi icra hakimiyyətiorqanlarını və ictimaiyyəti) məlumatlandıran dövlət orqanına (bizimhalda Hesablama Palatasına) aiddir. Ona görə də təkmil təcrübələrdəHesablama Palatasına analoji mandatlarda fəaliyyət göstərən dövlətqurumlarına ali audit qurumları deyilir.
“Audit” anlayışına gəldikdə qeyd etmək istərdim ki, “audit”maliyyənin idarə edilməsi prosesinin uğurlu olmasına töhfə verən ənvacib vasitə olmaqla özündə çoxsaylı nəzarət prosedurlarınıbirləşdirir. Bir neçə əsas növü olan “audit” yekunda auditinpredmetinə aid maliyyənin idarə edilməsində hesabatlılığın,qanunauyğunluğun, eləcə də səmərəliliyin təmin edilməsi üçüntəkliflərin verilməsi və həmin təkliflərə əməl olunmasınınizlənilməsi kimi prosedurları da özündə birləşdirir”.
C. Bayramov həmçinin qeyd edib ki Hesablama Palatası auditlərinidövlət sektorunda aparır. O, belə olduğu halda iqtisadiyyatın realsektoru üzərində Hesablama Palatasının təsirlərindən bəhs edib:“İqtisadiyyatın real sektoru dedikdə təbii ki, malların istehsalı,işlərin görülməsi və xidmətlərin (maliyyə xidmətləri istisnaolmaqla) göstərilməsi sahəsində subyektlərin fəaliyyətinin məcmusubaşa düşülür.
O da məlumdur ki, real sektorun tənzimlənməsi dövlət tərəfindənəsasən iki istiqamətdə həyata keçirilir – 1) vergilərin və digəricbari ödənişlərin müəyyənləşdirilməsi, 2) subyektlərin fəaliyyətdavranışlarını və iqtisadi aktivliyini və ya passivliyinisəciyyələndirən hüquqi bazanın formalaşdırılması.
Real sektorun inkişafı, iqtisadi aktivliyin və sahibkarlıqmühitinin cəlbediciliyinin artırılması sözsüz ki, dövlətin iqtisadisiyasətini icra edən aidiyyəti qurumların fəaliyyətinin nəticələriilə uğurla reallaşdırılmaqdadır.
Eyni zamanda, Hesablama Palatasının nəzarət fəaliyyətininəhatəsini dövlət orqanları (nazirliklər, komitələr, agentliklər vəs.), publik hüquqi şəxslər və dövlət büdcəsindən bu və ya digərəvəzsiz əsaslarla maliyyə vəsaitləri alan dövlət mülkiyyətmənsubiyyətli hüquqi şəxslər təşkil edir.
Auditlərin obyektləri qismində mərkəzi icra hakimiyyətiorqanları çıxış etdikdə auditlərin nəticələrindən və həminorqanların funksional fəaliyyət sahələrindən asılı olaraq HesablamaPalatası real sektorla bağlı təkliflərini və tövsiyələrini irəlisürür”.
C. Bayramov fikirlərini konkret misallar üzərində izah edib:“Məsələn, idxal-ixrac əməliyyatları üzərində vergi və gömrükorqanlarının birgə nəzarətinin təşkili vəziyyətinin auditi ilə əldəedilmiş nəticələr bilavasitə real sektor subyektlərininfəaliyyətinə təsir edən təklifləri irəli sürməyə imkanvermişdir.
İlk öncə qeyd edim ki, ayrı-ayrılıqda həm dövlət vergi xidməti,həm də gömrük komitəsi elektron informasiya sistemləri üzərindəntəkmil idarəetmə mühitinə malik nümunəvi dövlətqurumlarındandırlar.
Bununla belə, birgə nəzarət predmeti üzrə aparılmış auditinnəticələrinin aradan qaldırılması çərçivəsində auditlə əhatə olunandövrdə hesablanmamış vergilərin və gömrük ödənişlərinin real sektorsubyektlərindən yığılmasının təmin edilməsi ilə yanaşı birgənəzarətin daha da optimallaşdırılması baxımından bir sıra inzibatiprosedurların və reqlamentlərin auditdən sonrakı dövrlərdəsadələşdirilməsinə də nail olunmuşdur.
Xüsusi vurğulamaq istərdim ki, mərkəzi icra hakimiyyətiorqanlarının institusional fəaliyyətinin təkmilləşdirilməsinə böyüktöhfə Hesablama Palatası tərəfindən həyata keçirilən səmərəlilik(performans) auditləri ilə əldə olunur.
Buna misal olaraq, bitkiçilik sahəsində yeni subsidiyamexanizminin nəticəliliyinin qiymətləndirilməsinin auditini, eynizamanda damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyininsəmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinigöstərmək olar.
Ümumiyyətlə qeyd edim ki, kənd təsərrüfatı və qidatəhlükəsizliyi sahəsinin inzibatçılığında, xüsusilə son illərərzində, sistem xarakterli təkmilləşmə işləri aparılmış, elektroninformasiya sistemləri yaradılmış, data bazalar formalaşdırılmış,pərakəndəlik aradan qaldırılmaqla dövlət dəstəyinə aid qərarlarınmərkəzləşdirilmiş qaydada subsidiya şurası tərəfindən kollegialqəbul edilməsinə nail olunmuş, sistemlərin resurs təminatıməsələlərinin həllinə diqqət artırılmışdır.
Auditlər çərçivəsində toplanmış sübutlar, həmçinin kəndtəsərrüfatı sahəsində geniş əhatəli dövlət dəstəyi mexanizmlərininhəyata keçirilməsində idarəetmənin daha da təkmilləşdirilməsinə vəsəmərəliliyin artırılmasına yönəldilmiş təkliflərin və tövsiyələrintəqdim edilməsinə imkan vermişdir.
Belə ki, müvafiq əsaslandırmalara söykənərək təklif edilənelektron kənd təsərrüfatı informasiya sisteminin tamamlanması,xüsusilə dövlət xətti ilə fermerlərə göstərilən bütün xidmətnövlərinin vahid sistem üzərindən ünvanlı həyata keçirilməsi,hesabatlılıq və ödəniş modullarının formalaşdırılması, eləcə dəvergi, gömrük və digər mərkəzi icra hakimiyyəti orqanlarınınelektron informasiya bazaları ilə inteqrasiya istiqamətlərindəzəruri işlər hələ də tam yerinə yetirilməmişdir.
Digər məsələ heyvandarlıq sahəsində iribuynuzlu və xırdabuynuzluheyvanların lazımi səviyyədə identikləşdirilməsinə (o cümlədən,damazlıq heyvanların pasportlaşdırılmasına) nail olunmamasındanibarətdir ki, bu da real sektora aid kənd təsərrüfatınınheyvandarlıq seqmentinin optimal inkişafı üçün əslində birincişərtdir.
Mövcud hüquqi tənzimləmə identikləşdirilmə xərclərinintəsərrüfat mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilməliolduğunu müəyyən edir ki, bu yanaşma da uzun müddətdir ki, özünüdoğrultmur. Halbuki, damazlıq heyvandarlığın təkmil təcrübələriidentikləşdirilmənin ilkin mərhələlərdə dövlət tərəfindənmaliyyələşdirildiyini göstərir ki, fikrimcə biz də məhz butəcrübələrə üstünlük verməliyik.
Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin vənəticəliliyinin qiymətləndirilməsinin auditini də nümunə kimi qeydetmək istərdim. Audit əsasən Bakı şəhəri üzrə resurs təminatıməsələlərinin həll olunmasını, infrastrukturun formalaşdırılmasınıvə zərərsizləşdirilmə proseslərinin normal idarə olunmasınıgöstərmişdir. Eyni zamanda, bu auditin də nəticələrinə əsaslanaraqreal sektorla bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
Belə ki, təhlükəsiz tullantıları daşıyanların icbariakkreditasiyası, bioloji, sənaye və tikintiyə (dağıntıya) aidtəhlükəsiz tullantıların daşınması və zərərsizləşdirilməsi üzrəşərtlərin müəyyənləşdirilməsi, əhali və qeyri-əhali istehlakçıqrupları üzrə vahid abonent (fərdi uçot) bazasınınformalaşdırılması, bərk məişət tullantılarının yığılması, daşınmasıvə zərərsizləşdirilməsi üzrə əhali və qeyri-əhali istehlakçıqruplarından böyük məbləğlərlə ifadə olunan potensial xidməthaqlarının rəsmi dövriyyəyə nağdsız qaydada və tam toplanılmasıhəyata keçirilməli olan işlərin vacib istiqamətlərindəndir.
Eyni zamanda, tullantıların yığılması, daşınması vəzərərsizləşdirilməsi üzrə müasir infrastrukturun formalaşdırılmasıüçün dövlət-özəl əməkdaşlığı şərtlərinin (modellərinin)hazırlanmasına və müsabiqələrin təşkil edilməsinə də böyük ehtiyacvar.
Təkmil təcrübələr dövlət büdcəsinin yükünün azaldılmasına vətəhlükəsiz tullantıların zərərsizləşdirilməsində müasir çeşidlənməüsullarına üstünlük verilməklə dairəvi iqtisadiyyata keçidinsürətləndirməsinə məhz dövlət-özəl tərəfdaşlığı çərçivəsində nailolmağın daha düzgün yol olduğunu göstərir”.
Auditor beynəlxalq təcrübədə rast gəlinən “audit impact”ifadəsinin mahiyyətindən də danışıb: “Beynəlxalq standartlarda rastgəlinən “audit impact” termini auditin təsiri və ya auditin dəyərianlamına gəlir. Yəni, audit obyekti aşkarlanmış nöqsanları aradanqaldırmaqla auditin əlavə dəyərinin formalaşdırılmasına töhfəvermiş olur. Eyni zamanda, xüsusilə də performans və uyğunluqauditlərində Hesablama Palatası nöqsanların əhatəsinə daha genişbaxır.
Misal üçün, dövlət mülkiyyət mənsubiyyətli hüquqi şəxslərdəapardığımız auditlərlə əmlak, büdcə, vergi, gömrük və ya dövlətsatınalmaları sahələrinə aid nöqsan və çatışmazlıqlar aşkaredildikdə bir qayda olaraq həmin nöqsanlar barədə aidiyyəti mərkəziicra hakimiyyəti orqanlarına – yəni, maliyyə nazirliyinə, gömrükkomitəsinə, əmlak məsələləri, vergi, antiinhisar və istehlakbazarına nəzarət dövlət xidmətlərinə də müvafiq məktublarünvanlanır və mandatları daxilində zəruri tədbirlər həyatakeçirilməklə Hesablama Palatasına məlumat verilməsi xahiş olunur.Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, əslində bir çox xariciölkələrin ali audit qurumlarına örnək olan bu yolla HesablamaPalatası auditin əlavə dəyərinin maksimum səviyyədə artırılmasınadoğru addımlamış olur.
Performans auditlərinin nəticələrinə əsaslanmaqla irəli sürüləntəkliflər maliyyə tutumlu istiqamətlərdən əlavə, bir az əvvəl qeydetdiyim kimi, idarəetmənin, inzibatçılığın təkmilləşdirilməsi vəsisteməsaslı səmərəliliyin artırılması istiqamətlərini də mütləqqaydada hədəfləyir ki, bəzən həmin məsələlərin həlli üçün müəyyənzaman tələb olunur. Ölkə başçımızın dünyaya nümunə olan güclüsiyasi iradəsinin çətiri altında müəyyən edilən sosial-iqtisadiinkişaf hədəfləri Hesablama Palatasının auditləri ilə əlavə dəyərinyaradılmasında böyük şərəflə rəhbər tutulur”.