AZ

“Bəşar Əsəd ailəsi Moskvada lüks sürgün həyatı yaşayır” KİV

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əsəd və ailəsi şəxsi təyyarə ilə Moskvaya gəldikdən sonra Rusiya təhlükəsizlik xidmətlərinin nəzarəti altında “Four Seasons Hotel”in mənzillərində yaşayır. Onların həftəlik xərclərinin 13.000 dollara çatdığı açıqlanıb.

Redaktor.az xəbər verir ki, “The New York Times” qəzeti devrilmiş Suriya prezidenti Bəşar Əsədin Rusiyada yaşadığı dəbdəbəli həyatı araşdırıb.

Məlumata görə, hotelin 62-ci mərtəbəsində yerləşən “Sixty” restoranı Bəşar Əsəd üçün tez-tez VIP görüşlər məkanı olub. Qəzet, habelə, Bəşar Əsədin qardaşı Mahir Əsədin də Moskva həyatında aktiv iştirak etdiyini, ictimai yerlərdə isə tanınmamaq üçün fərqli geyimlərdə göründüyünü qeyd edib.

Araşdırmada vurğulanır ki, Əsəd və qardaşı hakimiyyətdən devrildikdən sonra belə Rusiyada rahat və zəngin həyat tərzi sürürlər. 

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
redaktor.az

2Mənbələr