AZ

Şəkərli qazlı içkilər həzm üçün təhlükə yarada bilər Həkimdən XƏBƏRDARLIQ

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Gastroenteroloq, tibb elmləri namizədi Yevgeni Beloуsov bildirir ki, şəkərli qazlı içkilər həzm sistemi üçün problem mənbəyi ola bilər. O, Yeni il süfrəsində bu içkilərin daha sağlam alternativlərini tövsiyə edib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadən xəbər verir.

Həkimin sözlərinə görə, bir stəkan qazlı limonadda 10-12 çay qaşığı şəkər ola bilər ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının gündəlik norması ilə müqayisədə xeyli çoxdur. Bayram günlərində bu, insulin səviyyəsinin kəskin yüksəlməsinə, mədə-bağırsaq iltihabının artmasına, həmçinin qastrit və reflüksün kəskinləşməsinə səbəb ola bilər.

Beloуsov qazlı içkilərə daha faydalı alternativ kimi fermentləşdirilmiş içkiləri məsləhət görür. Xüsusilə, təbi kvas və ya kombuçanı az şəkərlə içmək tövsiyə olunur. Bu içkilər yalnız xoş dad vermir, həm də bağırsağın mikrobiotasının bərpasına kömək edir.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
50
redaktor.az

10Mənbələr