AZ

"İmişli" 1-ci Liqa klubunun yarımmüdafiəçisini istəyir

"İmişli" qış transfer pəncərəsində heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "pələnglər" 1-ci Liqa klubu "Şəfa"nın yarımmüdafiəçisi Elnur Cəfərovu sıralarına cəlb etmək istiqamətində hərəkətə keçirblər.

Qarşısına mübarizə apardığı çempionatda çempion olaraq Premyer Liqaya yüksəlmək hədəfi qoyan Bakı təmsilçisi isə Cəfərovla vidalaşmaq niyyətində deyil. Elnurun özü də indiki komandasında qalmaq variantına üstünlük verir.

Qeyd edək ki, 33 yaşlı mütəxəssis Eıgiz Kərəmlinin rəhbərliyi altında mübarizə aparan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində 30 xalla zirvədə qərarlaşıb. Şəriksiz lider mövqeyində olan kollektiv bu mövsüm uduzmayıb.

Nihat

Seçilən
4
fanat.az

1Mənbələr