AZ

"VAZ" avtomobilləri bahalaşa bilər - FOTO

Rusiyada Avtovaz şirlətinin dilerləri satışları məhdudlaşdırıb.

Avtosfer.az Rusiya saytlarına istinadla xəbər verir ki, dilerlər Yeni il tətilindən sonra 3 faiz bahalaşma gözləyirlər. Şirkət faktı rəsmi olaraq təsdiqləməsə də, maşınların maya dəyərinin artdığını bildirib.

Artıma səbəb logistika xərcləri, istehsal məsrəfi və detalların bahalaşmasıdır. Yeni ildən isə Rusiyada ƏDV 22 faizə qaldırılacaq.

ƏDV xaric digər amillər ümumilikdə Rusiya avtomobillərinin Azərbaycanda da bahalaşmasına səbəb ola bilər.

Lakin bizdə yaxın günlərdə baş verəcək  bahalaşmanın heç bir iqtisadi əsaslandırması olmayacaq. Çünki satışda hələ ki, 2005-ci ilin avtomobilləridir. ƏDV məsələsi isə sırf rus alıcıya aid olan işdir.

Vüqar

Seçilən
72
1
avtosfer.az

10Mənbələr