AZ

Azərbaycan QHT-ləri Trampa açıq məktub yazdılar

Azərbaycan QHT-ləri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar.

Publika.az xəbər verir ki, məktubda deyilir:

ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq, 2025-ci il dekabrın 25-də Azərbaycan QHT-ləri Donald Trampa Açıq Məktub yazıb.

Buna qədər - 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunun özünə də Açıq Məktub ünvanlayaraq, bu təsisatı Ermənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışmaqda ittiham edib. Qeyd olunub ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutu ilk növbədə elan etdiyi missiyaya xəyanət edir. Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu təxribatçı çağırışlarına görə Azərbaycan ictimaiyyətindən üzr istəməyə çağırıb.

Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə “Hüquq, sabitlik və Tramp dəhlizi baxışının beynəlxalq sülh və rifah naminə müdafiəsi” adlanan müraciətində deyilir:

Seçilən
85
publika.az

1Mənbələr