“Atletiko Madrid” hücumçusu Aleksandr Sörlot üçün yüksək transfer məbləği müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi norveçli forvardın transferi üçün 35-40 milyon avro aralığında ödəniş tələb edir.
Məlumata görə, Türkiyə nəhəngi “Fənərbağça” hazırda Sörlotun transferində ən real və ciddi namizəd kimi önə çıxır. İstanbul klubu hücum xəttini gücləndirmək üçün təcrübəli futbolçunu əsas hədəflərdən biri sayır. Tərəflər arasında ilkin təmasların olduğu bildirilir.
Qeyd edək ki, məlumatı tanınmış insayder Matteo Moretto yayıb. Transferin taleyinin yaxın günlərdə aparılacaq danışıqlardan sonra daha da aydınlaşacağı gözlənilir.
Kamil Xudiyev