AZ

Rusiya bunu ölkəmizə psixoloji təsir göstərmək üçün etdi - Zahid Oruc

"AZAL təyyarəsinin Rusiya səmasında vurulması və cinayətin bir neçə ay ərzində gizlədilməsi, izlərinin itirilməsi üçün ənənəvi informatik, diplomatik, siyasi manipulyasiyalar, o cümlədən hadisəyə təbii qəza xarakteri vermək, yaxud pilotların üzərinə yönəltmək üçün seçilən taktiki addımlar Azərbaycan dövlətinin iradəsi ilə geriyə çevrildi və Kremlin strateqləri məğlubiyyətə düçar oldular". Bunu Ajans.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, cəmiyyətimizin mühüm bir hissəsində bu ölkənin davranışlarının dəyişəcəyinə, Azərbaycanla tamhüquqlu, bərabər səviyyəli münasibətlər quracağına, xüsusən Ukrayna müharibəsi fonunda qlobal dünyanı öz üzərinə qaldırmış dövlətin bizim ölkənin balanslı siyasətini müsbət dəyərləndirəcəyinə inam yoxdur: "Bu münasibət özünü bir xətt üzrə də göstərdi ki, Rusiyanın rəhbər şəxsləri Qarabağdakı qələbəmizin diplomatik masada tanınmasına, Ermənistanla vasitəçi olmadan danışıqlara gedilməsinə və hər hansı sənəd imzalanmasına qarşı sistemli fəaliyyət göstərdilər. İkinci xətt — Rusiya iqtisadiyyatına qazandırılan milyardları bir kənara qoyaraq, həmvətənlərimizə qarşı hücumlar başlanıldı, hətta Rusiyada doğulmuş həmvətənlərimizə qarşı təzyiq mexanizmləri işə düşdü. Bunun mahiyyəti psixoloji olaraq cəmiyyətimizə və dövlətimizə təsir göstərmək idi ki, biz təyyarə məsələsində sərt mövqeyimizdən geri duraq.

Putinin son olaraq cinayətkarların cəzalandırılacağı, kompensasiyaların veriləcəyini açıqlamasından sonra çoxları düşündü ki, yəqin Rusiya həqiqətən şovinist mövqeyindən geri çəkiləcək. Ancaq bu, baş vermədi. Düşünürəm ki, yenə də itirən Rusiya oldu. Beynəlxalq miqyasda media orqanlarında Rusiyanın əleyhinə şərhlər, açıqlamalar oldu ki, Azərbaycan haqlıdır".

Seçilən
46
Ajans.az

1Mənbələr