Liviya Kriminal İdarəsinin rəhbəri, general-mayor Mahmud Aşur Ankarada baş vermiş təyyarə qəzası ilə bağlı araşdırmalar aparmaq məqsədilə Türkiyəyə səfər edib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, general-mayor Mahmud Aşur və onu müşayiət edən nümayəndə heyəti Ankara Respublika Baş Prokurorluğunda olub.
Görüş zamanı Liviya nümayəndə heyətinə istintaqın gedişatı barədə ətraflı məlumat verilib.