AZ

“Barselona” uzun müddətdir axtardığı ucuz müdafiəçini Almaniyada tapdı

“Barselona” qış transfer pəncərəsi ərəfəsində müdafiə xəttini gücləndirmək üçün variantları araşdırmaqda davam edir.

Kataloniya klubu münasib qiymətə keyfiyyətli futbolçu tapmağı hədəfləyir.

Sportinfo.az “Diario sport”-a istinadən xəbər verir ki, La Liqa təmsilçisinin maraq dairəsinə Berlin “Union”unda çıxış edən portuqaliyalı müdafiəçi Dieqo Leyte düşüb.

Leyte “Barselona”nın tələblərinə uyğun hesab olunur və yanvarda transfer oluna bilər.

Yanvarın 23-də 27 yaşını qeyd edəcək Leytenin “Union”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. O, Portuqaliya millisinə 2 dəfə dəvət alsa da, hələlik əsas yığmada debüt etməyib.

Seçilən
56
sportinfo.az

1Mənbələr