AZ

Maka Boçorişvili: Gürcüstan Avropa İttifaqı üçün də zəruri ölkədir

Tbilisi, 25 dekabr, AZƏRTAC

Gürcüstanın Avropa İttifaqına, eyni zamanda Avropa İttifaqının da Gürcüstana ehtiyacı var. Lakin, Avropa bürokratiyasının Gürcüstana münasibətdə nümayiş etdirdiyi ikili standartlar praktik deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili səsləndirib.

Nazirin sözlərinə görə, hazırkı Avropa bürokratiyasının Gürcüstana qarşı atdığı addımlar praqmatizmdən uzaqdır və bu yanaşma təkcə Gürcüstanın deyil, ümumilikdə Avropanın qlobal maraqlarına da uyğun gəlmir: “Bu gün mövcud olan reallıq acınacaqlıdır. Təəssüf ki, Avropa bürokratiyası yalnız Gürcüstanın deyil, eyni zamanda Avropanın öz maraqlarını da nəzərə almayan bir mövqedən çıxış edir. Bu isə Gürcüstan da daxil olmaqla tərəfdaş ölkələrlə münasibətlərə ciddi mənfi təsir göstərir”.

Nazir bildirib ki, Gürcüstan Avropa İttifaqı üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir və bu reallığın nəzərə alınmaması Avropa üçün strateji səhvdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
75
1
azertag.az

2Mənbələr