AZ

"Bu, Türkiyəyə qarşı ciddi təxribatdır" - Fazil Mustafa

"Türkiyədə baş verən qəzanın təxribat olma ehtimalı da böyükdür". Bunu Ajans.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu qəza Türkiyəyə qarşı ciddi bir təxribatdır: "Çünki bu qəzada ölənlər Türkiyəyə yaxınlığı ilə bilinən şəxslər idi. Liviya Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd əl-Həddad Türkiyə ilə əlaqələrə önəm verirdi. Türkiyə baxımından çox uğursuz bir hadisə kimi qiymətləndirmək lazımdır. Hər halda nəticələr araşdırılır, təxribat, yaxud qəza olduğu ortaya çıxacaq. Türkiyə üçün narahatedici hadisədir. Çünki Türkiyədən qayıdarkən bu hadisənin baş verməsi xoşagəlməzdir. Bunun məqsədyönlü şəkildə edilməsi, təxribat olması da ehtimal olaraq böyükdür".

Xatırladaq ki, iki gün öncə, Türkiyədən qayıdan Liviya Baş Qərargah rəisi Məhəmməd Əli əl-Həddad və onun nümayəndə heyəti qəzaya düşüb və həlak olublar.

Seçilən
38
Ajans.az

1Mənbələr