AZ

Tinq Han: Bakıda yaşadığım illər ərzində şəhərin sürətli inkişafının və Çin–Azərbaycan münasibətlərinin hərtərəfli möhkəmlənməsinin şahidi olmuşam

Bakı, 25 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Bakıda yaşadığım altı il ərzində şəhərin sürətli inkişafının və Çin–Azərbaycan münasibətlərinin hərtərəfli möhkəmlənməsinin şəxsən şahidi olmuşam.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda yaşayan, iki Çin restoranını idarə edən sahibkar Tinq Han deyib.

Onun sözlərinə görə, məhz bu il investisiya yatırmaq və biznesini inkişaf etdirmək məqsədilə Çinin çoxlu sayda vətəndaşları Bakıda olub ki, bu da ölkənin iqtisadi artımına və yeni iş yerlərinin yaradılmasına töhfə verir.

Tinq Han Çin–Azərbaycan münasibətlərinin inkişafına verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib: “Bu dəstək sayəsində Azərbaycandakı Çin icması və Bakıda fəaliyyət göstərən Çin biznesi inkişaf üçün mühüm imkanlar əldə edir. Özünü yarı azərbaycanlı hesab edən bir insan kimi ölkələrimiz arasında sıx əməkdaşlıq nəticəsində açılan imkanlara və göstərilən dəstəyə görə səmimi qəlbdən minnətdaram”.

Seçilən
95
1
azertag.az

2Mənbələr