AZ

Zaxarova: Rusiya və Azərbaycan prezidentlərinin dostcasına söhbətinə Mehriban Əliyeva da qoşulub...

Rusiya XİN rəsmisi bildirib ki, telefon söhbəti zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi vurğulanıb...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün, dekabrın 25-də keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirak etməməsinə münasibət bildirib.

Zaxarova qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya Federasiyası Prezidentinin Administrasiyası daha əvvəl açıqlama verib və vəziyyətə dair ətraflı izahat təqdim olunub. Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan Prezidentinin sıx iş qrafiki səbəbindən sammitdə iştirak edə bilməməsinə anlayışla yanaşıb.

Rəsmi nümayəndə xatırladıb ki, dekabrın 24-də Rusiya Prezidenti telefon danışığı zamanı Azərbaycan Prezidentini ad günü münasibətilə səmimi şəkildə təbrik edib və tərəflər RusiyaAzərbaycan müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi istiqamətində qarşılıqlı əzmi bir daha təsdiqləyiblər. Həmçinin gələcəkdə şəxsi təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

“Bu söhbət, bir daha vurğulamaq istəyirəm ki, dostcasına xarakter daşıyırdı və həmin telefon danışığına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da qoşuldu. Qarşıdan gələn Yeni il bayramları münasibətilə tərəflər bir-birinə ən xoş arzularını çatdırdılar”, deyə Mariya Zaxarova bildirib.

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr