AZ

Zaxarova: Rusiya İrəvan Bakı dialoqunda irəliləyiş görür

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva İrəvan-Bakı dialoqunda müsbət dinamika görür.

Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, region daxilində əlaqələrin qurulması və bərpası müşahidə olunur.

Zaxarova qeyd edib ki, Rusiya nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesini, o cümlədən Azərbaycan vasitəsilə Ermənistana Rusiya taxılının tədarükünün davam etdirilməsini alqışlayır: “Bu, "3+3" formatının inkişafının aktuallığını təsdiqləyir. Moskva həmçinin gürcü həmkarlarını bu platformanın iclasında görmək istərdi".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
73
4
moderator.az

4Mənbələr