AZ

Qurban Qurbanov narahatdır: "Qarabağ"ın planları pozula bilər

"Qarabağ"da Marko Yankoviçlə əlaqəli narahatlıq və bir qədər də pərişanlıq yaranıb. Müqavilə müddəti 2027-cı ilin yayına qədər olsa da, yarımmüdafiəçi Azərbaycandan ayrılmağı düşünür. Onu Yunanıstanın tanınmış "Aris", həmçinin adı hələlik gizli saxlanılan bir Yaponiya klubu da onun xidmətində maraqlıdır. Bu barədə Sportinfo saytı yazır. Qeyd edilir ki, asiyalılar bu günlərdə monteneqrolu ilə təmas qurub. 

Qurban Qurbanov isə Yankoviçin getmək fikrinə görə narahatdır. O, bu ayrılığın qış fasiləsində gerçəkləşməsinin qəti əleyhinədir. Buna görə "atlıların" tələb elədiyi məbləğin 4 milyon avro civarında olduğu bildirilir. Görünür, hücumçu tapmaqda çətinlik çəkən "Qarabağ" üçün aparıcı futbolçunun ayrılığı komandanın planlarını poza bilər. Ağdam təmsilçisinin Çempionlar Liqasındakı şansları qaldığından taleyüklü oyunçunun heyətdən getməsi arzuolunan deyil. 

Ölkə.Az xəbər verir ki, “Neftçi”nin “Polesiya”nın mərkəz müdafiəçisi Danilo Beskorovaynı rənglərinə qatmaq üçün işlərə başlaması ilə bağlı xəbərlər də yayılıb. Məlumata görə, müdafiəçinin karyerasının ən yaxşı dövrü Yuri Vernidubun rəhbərliyi altında “Krivbas”da olub. Xarici mətbuat bu barədə yazsa da, klub rəsmiləri transfer məlumatı təsdiq etməyib.

Qara Qarayevin "Araz-Naxçıvan"dan ayrılacağı barədə xəbərlər də "şok ayrılıq" kimi yozulur. Bildirilir ki, 33 yaşlı yarımmüdafiəçi baş məşqçi Elmar Baxşıyevin komandadan ayrılmasından sonra burada qalmaq istəmədiyini rəhbərliyə bildib.

Seçilən
95
1
olke.az

2Mənbələr