AZ

Elektrikli velosiped PARTLADI – Bədəninin 88 faizi YANDI – VİDEO

Kuryerin elektrikli velosipedi partlayıb, nəticədə bədəninin 88 faizi yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Məlumata görə, Çində dəhşətli bədbəxt hadisə baş verib. Yemək çatdıran kuryerin idarə etdiyi elektrikli velosiped (elektrovelosiped) qəfil partlayaraq alov topuna çevrilib. Nəticədə gənc oğlan bədəninin 88 faizini əhatə edən ağır yanıq xəsarətləri alıb.

İlkin ehtimala görə, hadisəyə səbəb akkumulyatordakı nasazlıq olub. Məlum olub ki, kuryer bu nəqliyyat vasitəsini hadisədən cəmi beş gün əvvəl alıbmış.

Hazırda xəstəxanada olan gəncin əlləri, ayaqları və üzü ciddi şəkildə zədələnib. Onun müalicə xərclərinin 5,5 milyon rubldan (təxminən 100 min manat) çox tutduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
53
interpress.az

1Mənbələr