AZ

Pxenyan ABŞ nın təhdidlərinə cavab verib

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı təhlükəsizlik və dəniz suverenliyini pozmaqda ittiham edir.

Reyting.az xəbər verir ki, Kim Çen In ABŞ nüvə sualtı qayığının Cənubi Koreyanın Busan limanına çatmasından sonra artan gərginlik fonunda yeni tip yüksək hündürlüklü, uzunmənzilli zenit raketinin sınaqlarına şəxsən nəzarət edib və nüvə sualtı qayığı üzərində işlərin gedişatını yoxlayıb.

Keçirilən təlimlər zamanı raket 200 kilometr hündürlükdə simulyasiya edilmiş hədəfi dəqiq vurub. Həmçinin bildirilir ki, Şimali Koreya ABŞ-nın hərəkətlərinə cavab olaraq “ABŞ-nın nüvə güc nümayişinə uyğun əks tədbirlər” görəcək.

Cənubi Koreya mediası hərbi mənbələrə istinadla bildirib ki, Amerikanın nüvə enerjisi ilə işləyən hücum sualtı qayığı “USS Greeneville” çərşənbə axşamı təchizatı artırmaq üçün Busan limanına gəlib.

Bu hadisələr Seul və Vaşinqton arasında Cənubi Koreyanın nüvə sualtı qayıqları tikmək hüququnu rəsmiləşdirəcək ayrıca bir razılaşmalar fonunda baş verir.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
reyting.az

1Mənbələr