AZ

2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR

20 dekabr 2025-ci il tarixində peşəkar mühasib təşkilatı - Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə 2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib.

Tədbirdə APFM-in sıx əməkdaşlıq etdiyi dövlət və özəl qurumlar, xarici peşəkar mühasib təşkilatları və onların nümayəndələri, APFM-in Korporativ və fərdi üzvləri - 200-dən çox təşkilatın maliyyə menecerləri və peşəkar mühasibləri iştirak ediblər.

Tədbirin açılışı xüsusi hazırlanmış videoçarxla başladı. Videoçarxda APFM-in 2025-ci ildə fəaliyyəti və əldə etdiyi nailiyyətləri əks etdirilib.

APFM ailəsinin fəxri üzvü- akademik Ziyad Səmədzadə açılış nitqi ilə çıxış edərək APFM üzvlərini və xarici qonaqları salamladı və tədbirin əhəmiyyətini vurğulayıb.

APFM-in üzv olduğu ICB/ICFM Global təşkilatının prezidenti- Qarri Karter tərəfindən göndərilmiş təbrik videoçarxı nümayiş etdirilib.

Daha sonra tədbirin ən gözlənilən anı – 2-ci APFM AWARDS mükafatlandırma mərasimi başlayıb. Mükafatları APFM-in idarə heyətinin sədri Nuriyyə Novruzova təqdim edib. Bu mükafat maliyyəçilərin maliyyə və mühasibatlıq sahəsində göstərdikləri yüksək peşəkarlığın, məsuliyyətli fəaliyyətin, etik prinsiplərə sadiqliyin və peşəkar standartların inkişafına verdikləri töhfələrin bariz göstəricisidir.

Ənənəvi olaraq  hər ilin sonunda keçirilən bu tədbir yeni uğurlar üçün güclü motivasiya kimi gələcəkdə də maliyyə peşəsinin nüfuzunun yüksəlməsinə, iqtisadi sabitliyə və dayanıqlı inkişafa öz töhfəsini verəcəkdir.

APFM Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası APFM AWARDS 2-ci APFM AWARDS peşəkar mühasib təşkilatı maliyyə menecerləri peşəkar mühasiblər maliyyə və mühasibatlıq sahəsi mükafatlandırma mərasimi maliyyə sektorunda mükafatlar APFM tədbiri maliyyə sahəsində peşəkarlıq etik prinsiplər peşəkar standartlar maliyyə menecmenti mühasibatlıq peşəsi Azərbaycan maliyyə sektoru iqtisadi sabitlik dayanıqlı inkişaf Nuriyyə Novruzova APFM İdarə Heyəti Ziyad Səmədzadə APFM fəxri üzvü akademik Ziyad Səmədzadə ICB ICFM Global Qarri Karter beynəlxalq mühasibat təşkilatları korporativ üzvlər fərdi üzvlər maliyyə mütəxəssisləri maliyyə peşəsinin nüfuzu iqtisadiyyat və maliyyə 2025 maliyyə tədbirləri mühasibatlıq sahəsində nailiyyətlər APFM nailiyyətləri maliyyə icması Azərbaycan
Seçilən
42
2
marja.az

3Mənbələr