ain.az bildirir, Axar.az portalına istinadən.
Bilirdim ki, prezidentimiz İlham Əliyev idmana, elmə çox dəyər verir və həssas yanaşır. İlin sonuna 5 gün qalmasına baxmayaraq, çox əmin idim ki, bu tarixi hadisə - Everest (8.848 metr) və Lhotse (8.516 metr) zirvələrinə qalxmağım dəyərləndiriləcək.
Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan azərbaycanlı alpinist Vəfa Musayeva deyib.
“Tərəqqi” medalına layiq görüldüyüm üçün şəxsim adından daha çox Azərbaycan qadını, Azərbaycan alpinisti olaraq sevinirəm. Azərbaycan alpinizmində Azərbaycan vətəndaşı olaraq ilk dəfə buna layiq görülmüşəm. Bu mənim üçün böyük məsuliyyətdir. Eyni zamanda da gələcək zirvələr üçün mənə ilham verir.
Çox təsirlənmişəm, çox qürurluyam, çox xoşbəxtəm. Belə diqqət çox dəyərlidir. “Everest” zirvəsində bayrağı qaldıranda necə sevincdən ağlamışdımsa, indi də eyni duyğuları yaşayıram”, - alpinist bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.