AZ

Milad kabusu: Santa Klaus paltarı geyinmiş kişi altı nəfəri öldürdü

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də Milad səhəri faciəyə dönüb. Santa Klaus paltarı geyinmiş kişi keçmiş həyat yoldaşının evində altı nəfəri qətlə yetirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mirror" nəşri məlumat verir.

Nəşr qeyd edir ki, 56 yaşlı Əziz Yazdanpanah özünün dəvət olunmadığı məclisdən sonra uşaqlarını ziyarətə gəlib. O, keçmiş həyat yoldaşını, iki yeniyetməni, həyat yoldaşının bacısını, qaynını və qardaşı qızını güllələyərək öldürüb. Daha sonra intihar edib.

Polis cəsədləri hədiyyələr və Milad bükülmə kağızları arasında, iki tapançanı isə Milad ağacının altında tapıb.

Qəzetin məlumatına görə, polis məmuru bunu Texas ştatının Qreypvayn şəhərində indiyə qədər baş verən "ən dəhşətli qətl" adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
3
oxu.az

4Mənbələr