AZ

Oyunçulara bəd xəbər: Konsollar 2026-da bahalaşacaq BAHALAŞACAQ

Oyun konsollarının qiyməti 2026-cı ildə 15% arta bilər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, 2026-cı ildə oyun konsollarının qiymətlərinin 15 faiz artması proqnozlaşdırılır.

Bunun əsas səbəbi kimi qlobal bazarda operativ yaddaş kartlarının çatışmazlığı göstərilir. Bildirilir ki, süni intellekt sahəsində ixtisaslaşan şirkətlər bu komponentləri kütləvi şəkildə satın alaraq bazarda qıtlıq yaradıblar.

Artıq “Microsoft” şirkəti “Xbox Series” konsollarının qiymətini artırıb. “Valve” şirkəti isə yeni “Steam Machine” konsolunun satış qiymətinə yenidən baxır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
1
interpress.az

2Mənbələr