AZ

Zaxarova: Ermənistanda anti-Rusiya havası hökm sürür

BAKI, 25 dekabr. TELEQRAF

“Ermənistan hakimiyyətinin aktiv fəaliyyətinin şahidi oluruq, bu fəaliyyətin məqsədi müxalif düşüncəli siyasi-ictimai xadimlər arasında Rusiyanın təsir agentlərini axtarmaqdır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bir sual vermək istəyirəm: Ermənistan hakimiyyəti hansı meyarlarla Rusiya təsir agentlərini müəyyənləşdirir və yaxud həbs edir? Onlar kimlərdir? Bəlkə də, bu, iki ölkə münasibətlərinin inkişafını dəstəkləyən şəxslərdir? Ermənistanın Baş naziri Paşinyan həmişə Rusiyayla münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışır. Ermənistan hakimiyyətinin Rusiya təsir agentlərini müəyyənləşdirmək üçün istifadə etdiyi meyarlar aydın deyil. Mən başa düşmək istərdim ki, onlar kimlərdir və bu meyarlar nələrdir?”, - o bildirib.

Zaxarovanın sözlərinə görə, baş verənlər fonunda Ermənistanda anti-Rusiya atmosferi hökm sürür: “KİV və sosial şəbəkələrdə anti-Rusiya ab-havası necə yaranıb?”.

Rusiya rəsmisi ümid edir ki, Ermənistan cəmiyyəti bu addımların inkişafına imkan verməyəcək.

Seçilən
59
teleqraf.com

1Mənbələr