AZ

“Liverpul”dan plan dəyişikliyi: Yeni hədəf Barkola

“Liverpul” yay transfer planlarında dəyişiklik etməyə məcbur qalıb. Klub bir müddət “Bornmut”un ulduz futbolçusu Antuan Semenyo ilə yaxından maraqlanırdı. Lakin futbolçunun “Mançester Siti” ilə anlaşmaya yaxın olması "mersisaydlılar"ın planlarını yenidən gözdən keçirməsinə səbəb olub.

Fanat.Az xəbər verir ki, bu vəziyyətdən sonra “Liverpul” rəhbərliyi bütün diqqətini PSJ forması geyinən Bredli Barkolaya yönəldib. İngiltərə klubunun gənc və dinamik cinah oyunçusunu hücum xəttinin əsas güclərindən biri kimi gördüyü bildirilir.

Mənbələrin məlumatına görə, “Liverpul” baş məşqçi Arne Slotun tələblərinə uyğun olaraq daha çevik, sürətli və texniki futbolçulara üstünlük verir. Bu baxımdan Barkolanın profili klubun transfer strategiyasına tam uyğun gəlir.

Fransa təmsilçisi PSJ-nin futbolçunu asanlıqla buraxmaq niyyətində olmadığı qeyd edilsə də, “Liverpul”un ciddi maliyyə təklifi ilə danışıqlara başlamağa hazır olduğu vurğulanır.

Kamil Xudiyev

Seçilən
54
1
fanat.az

2Mənbələr