525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Parisdə qızıl-zinət əşyaları daşıyan 2 kuryerə silahlı hücum olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, tapança və çəkiclə silahlanmış naməlum şəxs 160 min avro dəyərində qızıl-zinət əşyasını zorla ələ keçirərək aradan çıxıb.
Hücum zamanı qarətçi çəkiclə kuryerlərdən birinin başına zərbə endirib. Bundan sonra 4 zərfdə olan qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis hələki cinayətkarın izinə düşə bilməyib. Ehtimal ki, o, kuryerlərin marşrutunu və nə çatdırmalı olduqlarını əvvəldən bilirmiş.
Qeyd edək ki, oğurlanan əşyalardan birinin - zərgərlik emalatxanasına aparılan sapfirin qiyməti 150 min avrodur. Digər əşyaların isə dəyəri 10 min avro civarındadır.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.