AZ

Bayramda onları işlətmək olmaz Maaşları da çox olmalıdır

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri yaxınlaşır. Bu il bayram tarixlərinin çərşənbə, cümə axşamı və cümə günlərinə düşməsi səbəbindən ölkə üzrə ardıcıl 5 gün istirahət nəzərdə tutulur. Ancaq bəzi sahələr var ki, həmin günlərdə də fəaliyyətini dayandırmır və əməkdaşlar iş başında olurlar.

Bəs bayram günlərində işləyənlərin hüquqları qanunla necə qorunur?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, fasiləsiz fəaliyyət göstərən sahələrdə - o cümlədən nəqliyyat, enerji və digər strateji istiqamətlərdə - iş prosesi bütün həftə boyunca davam edir. Bu sahələrdə çalışanlar üçün bayram və istirahət günlərində növbəli iş rejimi tətbiq olunur.

Ekspertin sözlərinə görə, adətən 5 və ya 6 günlük iş qrafiki ilə çalışan əməkdaşlar bayram günlərində işə cəlb edilərsə, onların əməyinə xüsusi qaydada ödəniş edilməlidir. Belə ki, həmin günlərdə görülən işə görə işçiyə günlük əməkhaqqının ikiqatı ödənməlidir.

Eyni zamanda, Əmək Məcəlləsi işçiyə seçim imkanı verir. Belə ki, bayram günü çalışan əməkdaşın istəyi ilə ona əlavə ödəniş əvəzinə başqa bir istirahət günü də təqdim edilə bilər.

Qeyd edək ki, qanunvericilikdə bəzi işçi qrupları üçün isə xüsusi məhdudiyyətlər nəzərdə tutulub. Belə ki, hamilə qadınlar, 14 yaşadək uşağı olan analar, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar bayram günlərində yalnız yazılı razılıq əsasında işə cəlb edilə bilər. Yaşı 18-dən az olan şəxslərin isə bayram günlərində işləməsinə tam qadağa qoyulub.

Asya

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
5
news.milli.az

10Mənbələr