AZ

Audiovizual Şurada “Dövlət qulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət” mövzusunda seminar keçirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də Audiovizual Şuranın aparatının əməkdaşları üçün "Dövlət qulluğunda etik davranış, korrupsiya riskləri və hüquqi məsuliyyət" mövzusunda seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov vətəndaşların dövlətə olan inamının birbaşa dövlət qulluqçusunun davranışından, qərarlarından və qanuna münasibətindən asılı olduğunu söyləyib. Deyib ki, bu baxımdan, korrupsiyaya qarşı mübarizə, etik davranış qaydalarına riayət və hüquqi məsuliyyət məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Sonra seminar iştirakçılarına "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunlarda təsbit olunan normalar barədə geniş məlumat verilib, dövlət qulluqçuları tərəfindən etik normalara riayət edilməsinin vacibliyi nəzərə çatdırılıb. Həmçinin bu tələblərə riayət edilməməsinin intizam, inzibati və cinayət məsuliyyəti yaratdığı barədə məlumat verilib.

Seminarda maraqların toqquşması, korrupsiya hüquqpozmaları, korrupsiyaya şərait yaradan hüquqpozmalar və dövlət qulluqçularından gözlənilən etik davranış qaydaları praktiki nümunələr əsasında izah edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
azertag.az

1Mənbələr