AZ

"Film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatdı

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin ikinci mərhələsi başa çatıb.

Publika.az xəbər verir ki, bu mərhələdə 17 şirkət tərəfindən təqdim edilmiş 32 tammetrajlı bədii film layihəsi üzrə ilkin tələblərin uyğunluğu yoxlanılıb, eyni zamanda layihələrin tritmentləri bədii baxımdan qiymətləndirilib.
Layihələrin müsabiqə çərçivəsində müəyyən edilmiş mövzulara uyğunluğu, orijinallığı, əhəmiyyətliliyi və digər meyarlar əsas götürülüb.

Beləliklə, "8 gün" (“Alıoğlu Media Group” MMC), "Berqmana məktublar" (“Buta Film” MMC), "Dolu 2" (“CNF” MMC), "Varis" (“Dream Big Company”), "Mən, Lalə, bir də o" (İctimai Televiziya və Radio Yayımları Şirkəti), "Sonuncu qastrol" (“Karvan Production” MMC), "Xalı" (“Mediamaster” MMC),
"Qələbə gülü" (“Narimanfilm” MMC), "Bir, iki, üç" (“Nova Gorica Kino Mərkəzi” MMC), "Rəqqa" (“Rakurs Film-Media” MMC) və "Türkmənçay" (“Şahdağ Film” MMC) - ümumilikdə 10 layihə 3-cü mərhələyə keçib.

Seçilən
71
11
publika.az

10Mənbələr