AZ

Mülki müdafiə sahəsində görülmüş işlər müzakirə olundu

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşəbbüsü ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Zaqatala Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, tədbirlərdə FHN Şimal-qərb Regional Mərkəzinin və sözügedən rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.

Müşavirələrdə Regional Mərkəzin və icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Daha sonra Şimal-qərb Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər.

Seçilən
60
7
publika.az

10Mənbələr