AZ

Rabyo: “Hazırkı heyətlə çempion olmaq asan deyil”

“Milan”ın yarımmüdafiəçisi Adrien Rabyo komandasının cari mövsüm A Seriyasındakı hədəfləri barədə fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, fransalı futbolçu İtaliya çempionatında 15 turdan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşan kollektiv üçün çempionluq yolunun asan olmadığını bildirib:

“Hazırkı komandamızla çempion olmaq asan deyil. Çünki heyətimizdə böyük qələbələrə öyrəşmiş futbolçuların sayı azdır. Xüsusilə də uzun və çətin marafon olan çempionat kontekstində bunu demək olarə".

Təcrübəli yarımmüdafiəçi əsas hədəfin ilk dördlükdə yer almaq olduğunu gizlətməyib, lakin şəxsi ambisiyalarının daha yüksək olduğunu vurğulayıb: “İlk dördlüyə düşmək əsas məqsəddir və bunu hamımız bilirik. Amma mən daha artığını istəyirəm. Əgər mövsümü 10 bal səviyyəsində keçirmək mümkündürsə, 6-7 balla kifayətlənmək olmaz".

Rabyo çempion düşüncəsinin formalaşdırılmasının vacibliyinə də toxunub: “Komanda yoldaşlarıma deyirəm ki, çempion düşüncəsi ilə oynamalıyıq. Təcrübəli futbolçuların vəzifəsi gənclərə qalib gəlməyin necə gözəl hiss olduğunu anlatmaqdır".

Kurtuaya Səudiyyə Ərəbistanından 90 milyon avroluq təklif

Dursun Özbek: “Qalatasaray"ın qanunsuz mərclərlə heç bir əlaqəsi yoxdur”

Qoretska karyerasını İspaniyada davam etdirə bilər

"Milan" "Yuventus"un ulduzu ilə əlaqə saxlayıb

"Fənərbaxça" razılaşdı - Klubu oyunçunu cəzalandırdı

Seçilən
77
apasport.az

1Mənbələr