AZ

Beynəlxalq axtarışa verilmiş daha bir nəfər Azərbaycana ekstradisiya olunub  

Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən olunduğundan təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan olunub.

Ramazan Herayev Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Seçilən
65
24
azerbaijan-news.az

10Mənbələr