AZ

Böyük Qayıdış: Daha 83 ailə Ağdam şəhərinə qayıdıb  

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Dekabrın 25-də 308 nəfərdən ibarət 83 ailə doğma yurduna - Ağdam şəhərinə qovuşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov doğma yurda qayıdan sakinləri zəruri məsələlər barədə məlumatlandırıb.

Həmçinin sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi ilə bağlı geniş izahat verilib, təhlükəsizlik qaydaları diqqətə çatdırılıb.

Daha sonra köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.

Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhərinin sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.

Qeyd edək ki, Ağdam şəhərinə mərhələli şəkildə əhalinin qayıdışı icra edilir.

Seçilən
95
2
azerbaijan-news.az

3Mənbələr