AZ

Səmada yarımçıq qalan uçuş...VİDEO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötsə də, həlak olanların yaxınları üçün bu ağrı hələ də təzədir.

Xezerxeber.az-ın məlumatına görə, təyyarə qəzasında həlak olan bələdçi, Milli Qəhrəman Hökümə Əliyevanın atası deyir ki, onlar üçün təqvimdə sadəcə tarix dəyişib.

Bir neçə gün əvvəl - qəzanın ildönümü ərəfəsində AZAL tərəfindən faciə qurbanlarının doğmalarının hadisə baş verən əraziyə növbəti səfəri təşkil olunub. Doğmaları tərəfindən Hökumənin ata ocağında - Samux rayonunun Alıuşağı kəndində yaradılan xatirə muzeyinə isə ziyarətçi axını günü-gündən artır.

Təyyarə qəzasından sağ çıxan 29 nəfərdən biri də Gəncə sakini Toğrul Cəfərovdur.

O, bir il əvvəl məhz bu gün Qroznıda yaşayan dostunun yanına gedirmiş. Toğrul Cəfərov deyir ki, qəzadan sonra həm Qazaxıstanda, həm də ölkəmizdə onların sağlamlığının bərpası üçün bütün zəruri addımlar atılıb. Qəzadan sağ çıxalar isə artıq bir ailə kimi doğmalaşıb, əlaqələr davam etdirilir.

Qeyd edək ki, qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
68
xezerxeber.az

1Mənbələr