AZ

Şəhərin mərkəzində “07” ilə “drift” edib “yolka”ya girdi Polis qaçan sürücünü saxladı VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Avtomobillə şəhərin mərkəzində quraşdırılmış “yolka”nı vurub aşıran sürücü saxlanılıb. Avtosfer.az  xəbər verir ki, Qazaxıstanın Sarıağaş şəhərində baş verən hadisə kameraya düşüb.

Belə ki, axşam saatlarında “VAZ-2107” markalı avtomobilin sürücüsü şəhər mərkəzinin əsas küçələrindən birinə Yeni İllə əlaqədar bəzədilmiş şam ağacı ətrafında “drift şou” göstərmək qərarına gəlib.

Bir neçə dəfə “drift” hərəkətləri edən sürücü, sükan idarəetməsini itirərək avtomobili “yolka”ya çırpıb.

Zərbənin təsirindən şam ağacı aşaraq yararsız vəziyyətə düşüb, sürücü isə hadisə yerindən qaçıb.

Polis müşahidə kameralarını izləyərək  günahkarı tez bir zamanda müəyyən edərək yaxalayıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
avtosfer.az

1Mənbələr