AZ

Ramzan Kadırov Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı RamzanKadırov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin həyat yolunuz böyük məsuliyyət hissinə və öz xalqınasədaqətə malik qətiyyətli, iradəli və cəsur bir insanınyoludur.

Məlumdur ki, Siz uzun illər ərzində fəaliyyətinizlə Azərbaycanınvətəndaşları, onların rifahı və təhlükəsizliyi naminə çox böyükişlər görmüsünüz, ən çətin vəziyyətlərdə özünüzü mətinliklə vələyaqətlə aparmış, qarşıya qoyulan vəzifələri yerinəyetirmisiniz.

Azərbaycanda həyata keçirdiyiniz islahatlar kursu, siyasisabitliyin möhkəmləndirilməsi və milli iqtisadiyyatın inkişafı,vətəndaşların rifahının yüksəldilməsi Sizə xalqın ən yüksəketimadını qazandırmışdır.

Əminəm ki, Siz daha parlaq gələcəyə doğru çox addımlaratacaqsınız, iş təcrübəniz və məsuliyyətiniz Azərbaycan xalqınınmaraqları naminə nəzərdə tutulan bütün planların həyata keçməsinəkömək edəcəkdir.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, uzunömür, davamlı sülh, firavanlıq arzulayıram".

Seçilən
69
21
az.trend.az

10Mənbələr