AZ

Azərbaycanın zorxana və pəhləvan güləşi millisi Dünya Kubokunda uğurla çıxış edib - FOTO

Hindistanın Nyu-Dehli şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurla çıxış edib.

İdman.Biz Gənclər və İdman Nazirliyinə istinadən bildirir ki, zorxana üzrə komanda yarışlarında millimiz üçüncü yerə çıxıb.

Fərdi mübarizədə isə Xəyyam Orucov bir gümüş və iki2 bürünc, Rəsov Səfərov üç bürünc, Nihat Qasımov üç bürünc, Tural Allahverdiyev bir bürünc medal qazanıblar.

Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medal əldə ediblər.

Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu üçüncü pillədə başa vurub.

İdman.Biz
Seçilən
74
8
idman.biz

10Mənbələr