AZ

"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində

style='margin-bottom:10px;'>

"Yuventus" və "Barselona" klubları "Bornmut"un mərkəz müdafiəçisi Markos Senesi ilə maraqlanır.

QOL.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, klublar futbolçunu qış pəncərəsində simvolik məbləğlə transfer etməyi planlaşdırır. Bunun əsas səbəbi Senesinin "Bornmut"la müqaviləsinin 2026-cı ilin yayında başa çatmasıdır. Əgər keçid yanvarda baş tutmasa, yayda danışıqlar yenidən aktivləşdirilə bilər.

Qeyd edək ki, Senesi cari mövsümdə "Bornmut"un heyətində 17 oyuna çıxıb, 3 məhsuldar ötürmə edib. 

Seçilən
90
teleqraf.com

1Mənbələr