AZ

Bölgə klubundan ayrılmağa hazırlaşan müdafiəçiyə 3 təklif birdən gəldi

Abdullah Rzayevin “Turan Tovuz”dan ayrılması an məsələsidir.

Kurban Berdıyevin planlarına daxil olmayan müdafiəçinin özü də iş yerini dəyişməkdə maraqlıdır.

23 yaşlı futbolçu daha çox şans qazanacağı komandada olmaq istəyir.

Sportinfo.az xəbər verir ki, Rzayev Premyer Liqanın 3 klubundan təklif alıb.

Bunlar “Qəbələ”, “Kəpəz” və “Karvan-Yevlax”dır.

Səbəbkar müqavilə ilə “Sabah”a məxsus olsa da, yayda icarə əsasında Tovuz təmsilçisi ilə 1 illik sözləşməyə imza atıb.

Odur ki, indiki məqamda seçim etmək şansı öz əlindədir . “Turan Tovuz”la anlaşmanı pozub adları çəkilən komandalardan birinə keçə bilər.

Abdulla tələsik seçimlə növbəti səhvə yol vermək istəmir. Düşünüb, götür-qoy edəndən sonra yekun qərarını verməcək.

Cinah müdafiəçisi cari mövsümdə qərb təmsilçisinin heyətində 2-ci Premyer Liqada, 2-si Azərbaycan kubokunda olmaqla ümumilikdə 4 oyunda 289 dəqiqə şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
24
sportinfo.az

1Mənbələr