AZ

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadıldı

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən bununla bağlı verilən vəsatətə baxılıb.

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Seçilən
75
30
far.az

10Mənbələr