Bu gün Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq gündəlikdəki bir sıra aktual məsələlər üzrə konstruktiv fikir mübadiləsi aparılıb.