AZ

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimidən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizin liderliyinizlə Azərbaycan son 200 illik tariximizdə ilk dəfə olaraq itirdiyi torpaqları geri qaytararaq bir ilkə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərlə torpaqlarımız işğaldan azad olundu, Azərbaycan qalib dövlət kimi adını tarixə yazdı və bu statusla da dünyada tanındı.

Sizin uzaqgörənliyiniz sayəsində Azərbaycan təkcə regional deyil, qlobal miqyasda mühüm tranzit və strateji əhəmiyyətli aktora çevrilmişdir. Siz bütün təzyiqlərə cəsarətlə sinə gərərək ölkəmizin milli maraqlarını qətiyyətlə qorumusunuz.

Möhtərəm cənab Prezident, doğum gününüz mübarək!

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, dövlətçiliyimizin daim qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyiniz bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

Dərin ehtiramla,

Ayda Əmir Haşimi

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının

Stokholm şəhəri üzrə koordinatoru

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr